Azərbaycanda dəhşətli qəza: ölən var - video

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Qəza zamanı “Opel” markalı minik avtomobilinin sürücüsü, Quba rayonunun İkinci Nügədi kənd sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə aldığı ağır xəsarətlərdən ölüb.

“Meredes” markalı minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kənan Cabbarov ağır xəsarətlər alıb.

Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ