Ramiz Mehdiyevin səlahiyyətlərini kim icra edəcək? - İclas keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən Buta.media-ya verilən məlumata görə, iclasda nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ