Nərimanovda kütləvi davada qətlə yetirilən gənclərin fotoları yayıldı

Fevralın 18-də gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində kütləvi dava baş verib. Dava nəticəsində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayev aldıqları bıçaq xəsarətlərindən ölüblər.

Hadisənin başvermə səbəbinə gəlincə, Şahinlə Fərid restoranların birində bir qrup şəxslə mübahisə edib. Onlar mübahisəyə aydınlıq gətirmək üçün Təbriz küçəsinə gediblər. Daha sonra mübahisə dava ilə nəticələnib və qanla bitib. O da müəyyənləşib ki, qətlə yetirilən Fəridlə Şahin dost olublar.

Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Mənbə: Qafqazinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ