Milli Məclisin komitələrinə sədr seçildi

Milli Məclis komitələrinin sədrləri və müavinləri seçilib.

Parlamentin sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - Əli Hüseynli 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi -  Arzu Nağıyev 
İnsan hüquqları komitəsi - Zahid Oruc 
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov 
Aqrar siyasət komitəsi - Tahir Rzayev 
Əmək və sosial siyasət komitəsi - Musa Quliyev 
Regional məsələlər komitəsi - Siyavuş Novruzov 
Elm və təhsil komitəsi - Anar İsgəndərov 
Mədəniyyət komitəsi - Polad Bülbüloğlu 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi -  Səməd Seyidov 
Səhiyyə komitəsi - Əhliman Əmiraslanov 
Ailə, qadın və uşaq məsələləri komitəsi -  Hicran Hüseynova 
Gənclər və idman komitəsi - Şahin İsmayılov 
İctimai birliklər və dini qurumlar komitəsi -  Fazil Mustafa

 

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.

Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ