Azərbaycanlılar Serbiyaya vizasız gedəcək

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib.

Buta.media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış saziş təsdiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ