Bakıda qadın sürücü üç piyadanı vurdu - video

Bakıda Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Lent.az məlumat yayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, bu gün paytaxtın Suraxanı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Toyota” markalı, 77-GF-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsayeva Günay Elman qızı idarəetməni itirərək yol kənarında dayanan üç piyadanı vurub.

Hadisə nəticəsində piyadalar xəsarət alıb. Xəsarətlə bağlı ekspertiza təyin olunub və hazırda faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ