Azərbaycan əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-iyul ayları ərzində doğulan uşaqların 1928-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm olub. Sözügedən aylar ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.a