Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli jurnalist İradə Zeynalovanı səfir təyin edib.
Müvafiq sərəncam Kremlin rəsmi saytında yerləşdirilib.
Sərəncama əsasən, İ.Zeynalova Rusiyanın Mavrikidə səfiri təyin edilib.
Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur.