Bakı Slavyan Universitetinə yeni rektor təyin edildi

Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin olunub.

Buta.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, A. Nağıyev bu təyinata qədər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Xatırladaq ki, BSU-nun keçmiş rektoru Nurlana Əliyeva 2021-ci ilin iyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ