“Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında daxil olan 2 müraciətə baxılıb”.
Bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.
Bildirilib ki, 78 saylı Lənkəran kənd Seçki Dairəsindən namizəd olan Əzizxanov Əzizxan seçki məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı MSK-ya müraciət edib.
Seçki dairəsinin iki məntəqəsi istisna olunmaqla, digər məntəqələrlə bağlı iddialar əsassız hesab olunduğundan, seçki dairəsinin nəticələri ləğv olunmayıb. Lakin Əzizxan Əzizxanovun 29 və 32-ci məntəqələrlə bağlı iddia etdiyi müraciətlər təsdiqini tapdığına görə, şikayət qismən təmin edilib.
Qeyd edilib ki, 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin 29 və 32-ci məntəqələrindəki səsvermə nəticələri etibarsız hesab edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
Qeyd edək ki, 78 saylı Lənkəran Kənd Seçki Dairəsində lider namizəd Anar İsgəndərovdur.