Azərbaycanda iki bacının faciəsi: O faciədən geriyə qalan bu foto oldu...

Faciəli şəkildə həlak olan ailə üzvləri hadisədən bir gün sonra Qusarda dəfn olunub.

Ailə üzvlərinin məzarları yanaşı qazılıb. Onlar eyni sırada torpağa tapşırılıb.

--------

Xəbər verdiyimiz kimi, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Buta.media-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.

Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb. 

Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar. 

Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar. 

Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən “ceyran peçi” olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.

Səhər Rusifin atası zəng etsə də, telefona cavab verən olmayıb. Ailənin iki məktəbli üzvü də səhər saatlarında məktəbə getməli imiş. Baba zəngə cavab vermədikləri üçün narahat olub və evə gəlib. Qapını döysə də, heç kim açmayıb. Qısa müddət sonra isə məlum faciənin baş verdiyi aydınlaşıb.

Dəm qazı nəticəsində həlak olan ailə üzvlərinin dəfn mərasimi bu gün Qusarda baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ