Bakıda itkin düşmüş gəlin tapıldı

Martın 8-də paytaxtın Sabunçu rayonu ərazisində itkin düşən qadın tabılıb. 

 
Buta.media-nın məumatına görə, bu barədə Oxu.Az-a qadının yaxınları məlumat verib. 
 
Bildirilir ki, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 16-da axşam saatlarında Sabunçu rayonunda yaşadığı məhəllədəki evlərin birində tapılıb. 
 
S. İsmayılova valideynlərinə təhvil verilərək Sabirabad rayonuna yola salınıb. 
 
Qeyd edək ki, S. İsmayılova martın 7-dən 8-nə keçən gecə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ