Füzulidə qəzada bir nəfər ölüb

Füzulidə rayonunun Qayıdış qəsəbəsi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.

Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.

“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ