Manaf Ağayev həbs olunacaq? - Müğənni azad olunmuş ərazilərə qanunsuz keçib - VİDEO

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov cavab olaraq bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər polis tərəfindən saxlanılır. Onlar barəsində müvafiq ölçü götürülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ