Cəlilabadda yaşayış evində yanğın - Azyaşlı xilas edildi

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

“Qafqazinfo” verir ki, hadisə rayonun Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

Evdə iki nəfər azyaşlının olması ehtimal olunsa da, digər uşaq evdən kənarda olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ