Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.
Buta.media-nın xəbərinə görə, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
“Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”, - Araz Əsgərli qeyd edib.