Qusarda faciə: Bir ailənin beş üzvünün meyiti tapıldı - YENİLƏNİB

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Buta.media-ya bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Hazırda Qusar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

16:33

Qusar rayonunda bir ailənin beş üzvü dəm qazından boğularaq ölüb.

Buta.media Report-a istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə oraqlanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ