Bakıda piyadaların vurulması ilə nəticələnən qəzaların görüntüləri

"Aparılan maarifləndirmə və praktiki tədbirlər nəticəsində paytaxt ərazisində piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar".

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda deyilir.

Bildirilib ki, təhlillər göstərir ki, bu cür sürücülər yüksək sürətlə avtomobili idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər:

"Təəssüflər olsun ki, belə olduğu təqdirdə bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur. Müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbail rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib.

Həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər. Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ