Bakıda bəzi ağaclar avtobusların hərəkətinə maneə olur - video

Bakının bir sıra küçə və prospektində çəkilmiş avtobus zolaqları ictimai nəqliyyatın hərəkət intensivliyini yaxşılaşdırsa da, bəzi hissələrdə maneələr yenə də qalır.

“Qafqazinfo” xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrində ağac budaqları yol nişanlarının görünməsinin qarşısını almaqla yanaşı, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinə maneə olur.

Bildirilib ki, bu ərazilərdə avtobuslar zolaqla hərəkətdə olarkən qarşılarına çıxan ağaclara çırpılmamaq üçün sürücülər nəqliyyat vasitəsini sola çəkir və zolaqdan çıxmağa məcbur olur. Bu da digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır. Bəzi hallarda qəzaya səbəb olur.

Paytaxtda ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu”dan bildirilib ki, ağac budaqlarının yolun hərəkət hissəsini tutması səbəbindən nəqliyyat vasitələrinə bəzi hallarda ziyan dəyir və bu hal avtobus zolaqlarının effektivliyini aşağı salır: “Məsələ ilə bağlı tərəfimizdən də aidiyyəti qurumlara müraciət edilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ