“Şuşa kart” istifadəyə verildi - foto

Şuşada ictimai nəqliyyatda gediş-gəlişə imkan verən “Şuşa kart” istifadəyə verilib. 

Bu barədə Şuşa sakini Kərim Kərimli öz sosial şəbəkə hesabında yazıb. 

O, artıq bu kart vasitəsilə şəhərdaxili sərnişin avtobusundan istifadə etdiyini qeyd edib: “Şuşa kart” şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlara verilib. Bu gündən etibarən Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə etməyə başlayırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ