Kəlbəcərdə avtomobil aşdı. Bir nəfər öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Hadisə nəticəsində tikinti şirkətlərinin birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev ölüb. Sərnişin M.Nəcəfov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ