Avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinidın məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.

Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, hadisə Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ