Paşinyan Bakıya gələcək?

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin ən yüksək dairələrində 2024-cü il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik qərar yoxdur.

“Müvafiq vaxtda qərar verəcəyik. Hazırda həllimiz yoxdur. Təbii ki, ümumi vəziyyət, proseslər, atmosfer bu qərara təsir etməyə bilməz. Lakin nəzəri cəhətdən heç bir qərarı istisna etmək olmaz, hər şey vəziyyətdən və vəziyyətin qiymətləndirilməsindən asılıdır, bu, bizim qərarımıza təsir edəcək”, - Ermənistan hökumətinin başçısı bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 21 iyul 2024-cü il tarixində İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə deyib ki, COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət məktubu göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ