Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər - video

Heydər Əliyev Beynəlxalq Hava Limanında baqaj üçün 62 kiloqramlıq yükün qiymətinin 986 manat olduğu bildirilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlardan aydın olur ki, vətəndaş bu qiymətdən narazıdır və süni şəkildə şişirildiyini iddia edir.

Məsələ ilə bağlı məlumat almaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib ki, videoda əks olunan sərnişinlər “Utair” aviaşirkəti ilə uçuş həyata keçiriblər:

“Baqajın daşınması ilə bağlı şərtlər isə “Utair” aviaşirkətinin qaydalarına əsaslanır”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ