Ermənistan 2027-ci ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyi planlaşdırır.
Bu barədə ölkənin ədliyyə naziri Qriqor Minasyan məlumat verib.
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan dəfələrlə Ermənistanda yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb.
Onun sözlərinə görə, ölkənin əsas qanunu yeni şəraitdə “ölkənin rəqabət qabiliyyətini və həyat qabiliyyətini təmin etməlidir”.
Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyindən danışıb. Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaqda əsas şərti Azərbaycana ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.