Bakıda motosiklet sürücüsü TIR-ın altında qalıb öldü - foto

Bakıda metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli bildirib ki, hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində qeydə alınıb. Qəza zamanı motosiklet sürücüsü İsa Əliyev TIR-ın altında qalaraq ölüb.

““Mercedes-Benz” markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vurub. Hadisə nəticəsində motosikletin sürücüsü, 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır”, - deyə Rüstəm Əhmədli qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ