Zaqatalada ağır qəza, ərlə arvadı öldü

Avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə “Opel” də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Məlumata görə, qəzada ölən Telman Mirzəbəyovla Sərcahan Musayeva ərlə arvad olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ