Azərbaycanda universitetlər üzrə ən yüksək keçid balı məlum oldu

Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb. Bu barədə universitetin rektoru Elmar Qasımov paylaşım edib.

Onun sözlərinə, BANM-in İnformasiya təhlükəsizliyi ixtisası 687 balla ən yüksək göstərici olub.

Rektorun bildirib, ali məktəb illərdir ki, bu siyahıya başçılıq edir. Belə ki, bundan öncə rekord 685 bal olub.

Xatırladaq ki, ötən gecə DİM ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ