Sabah, avqustun 23-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir.
“İsti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir”, - deyə o qeyd edib.