Bakıda əyləci xarab olan maşın dəhşət yaşatdı - video

Bu günlərdə Bakının qəsəbələrindən birində qeyri-adi yol qəzası baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, park edilmiş yük maşınının əyləc sistemindəki nasazlıq səbəbindən nəqliyyat vasitəsi arxaya doğru hərəkət etməyə başlayıb. Bu zaman arxada dayanmış minik avtomobilinin sürücüsü yük maşınının gəldiyini görərək maşını tərk edib və geriyə doğru qaçıb. Nəticədə yük maşını onun avtomobilinə çırpılıb, sürücü isə ayağının büdrəməsi ilə yola yıxılıb. Nəticədə geriyə doğru hərəkət edən və sürücüsüz olduğu bildirilən yük maşını onun üstündən keçib.

Minik avtomobilinin sürücüsünün taleyi barədə dəqiq məlumat yoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ