Milli Məclisdə qalmaqal: Mən bura dünən gəlməmişəm - VİDEO

Milli Məclisin ötən gün, fevralın 15-də keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.

Buta.media İTV-yə istinadən xəbər verir ki, deputat M.İbrahimqızı çıxışında bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deyib.

“Neqativləri, çatışmazlıqları deməliyik. Bu, bizim borcumuzdur. Heç kəs də sizə səlahiyyət verməyib ki, burada yetənə yetəsiniz, yetməyənə də güllə atasınız. Bu, nə sizə, nə də vəzifənizə yaraşar. Siz məni nümunə çəkməməlisiniz. 64 yaşım var, hər kəs də məni çox gözəl tanıyır. Axırıncı dəfə sizə bildirirəm” - deyə M.İbrahimqızı Fəzail İbrahimliyə sərt reaksiya verib.

Fəzail İbrahimli öz növbəsində qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ