Bakıda 16 yaşlı qız axtarılır. Səma sonuncu dəfə taksiyə minib - video

Abşeron rayon Mehdiabad qəsəbə sakini 2008-ci il təvəllüdlü Səma Məhərrəmova 10 gündən artıqdır itkin düşüb. Belə ki, avqustun 8-də taksi ilə yaşadığı yeri tərk edən 16 yaşlı qızdan daha sonra məlumat almaq mümkün olmayıb.

Onun evi tərk edəndən sonra paytaxtın Nizami və Xətai rayonları ərazisində olması kameralara düşüb. Lakin hazırda harada olması məlum deyil.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Məhərrəmova Səma Əsgər qızının itkin düşməsi ilə bağlı axtarışa elan olunub: 

“Şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin olunacaq”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ