Qaxda “Lexus” qəzası - Xəsarət alan var - foto

Qaxda qəza baş verib, Türkiyə vətəndaşı xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı olan 1998-ci il təvəllüdlü Muhammed Sağlam müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ