Sumqayıtda partlayış - Ölən var

Sumqayıtda döyüş sursatının partlaması zamanı ölən şəxsin kimliyi məlum olub.

Xəbər verdiyimiz kimi, hadisə səhər saatlarında 8-ci mikrorayonda baş verib. 66 yaşlı Sergey Truxinin əlində əl qumbarası partlayıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

11:41

Sumqayıt şəhərində mənzildə partlayış olub.

Report xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yaşayış binasında qeydə alınıb.

Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ