Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları aparılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, Abusət Əliyevin meyiti qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Abusət Əliyev Vətən müharibəsinin iştirakçısıdır.