“Bandotdel” tərəfindən saxlanılan Eldar Əmirov kimdir? - AÇIQLAMA

AMEA ötən gün “Bandotdel” tərəfindən saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən qurumun Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatlara aydınlıq gətirib.

Bu barədə qurumun mətbuat xidmətindən Buta.media-ya daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Eldar Əmirovun AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur.

“Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ