Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı universitetdən - AÇIQLAMA

Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri təqaüdlərinin 5-10 manat arası kəsilməsindən şikayətçi idilər.

 
Buta.media xəbər verir ki, bununla bağlı Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri  Rəcəb Rza “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.
 
O bildirib ki, tələbələrdən heç bir əlavə pul tutulmur. Yalnız Həmkarlar İttifaqı qanuni əsaslarla təqaüdlərin 2%-ni tutur ki, bu da tələbələrin sosial fəaliyyəti ilə bağlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ