"Bakı Kart"ın rəhbəri dəyişdi

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Qeyd edək ki, 10 günə yaxındır "Bakı Kart" app işləmir.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ