Leysan, dolu, sel - Azərbaycanda hava kəskin dəyişir

Sabah, avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında eyilir.

Məlumtda qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir. Bu səbəbdən ETSN əhaliyə müraciət edərək, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirməyi və ehtiyat tədbirləri görməyi təvsiyə edib.

“Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ