Bakıda dənizdən iki nəfərin meyiti çıxarılıb

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında iki nəfər dənizdə batıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazidə batan şəxslərlə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ