Göygöl rayonunda restoranların birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə APA məlumat yayıb.
İnsident rayonun Toğanalı kəndindəki restoranların birində yas mərasimi keçirilən zaman qeydə alınıb.
Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.
Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir. Qeyd olunur ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.