Avqustun 9-da Zərdab rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatında deyilir.
Hadisə Kürdəmir - Zərdab yolunda baş verib.
Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 3 nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Qafqazinfo yazır ki, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən ikisi sürücü N.Quliyevin qızları, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır.