Hərbi Akademiyanın kursantı itkin düşüb

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Buta.media-nın xəbərinə görə, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə “28 May” metrostansiyasından çıxarkən görülüb.

Vüsal Hüseynlinin tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ