Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.
Qeyd edək ki, Tofiq İbrahimov 14 aprel 2012-ci il tarixdən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.
Daha əvvəl o, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı (2004-2010) və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (2010-2012) vəzifələrində çalışıb.