Bakıda kuryerin yolda ətrafa tuşladığı silah oyuncaq tapança idi - video

Bakıda avtomobildən silah nümayiş etdirən şəxsin görüntüləri yayılıb. Videonu Patrul.az saytı yayıb.

Görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayır.

DİN Mətbuat xidmətindən bildirilib ki, şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib:

“Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşman olduğunu bildirib.Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ