Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bununla bağlı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Oyun zamanı baş verə biləcək insidentlərin qarşısını almaq üçün təkmilləşdirilmiş təhlükəsizlik sistemi hazırlanıb. Ağdam klubunun azarkeşləri üçün xüsusi bilet satışı məntəqəsi fəaliyyət göstərəcək və ciddi mühafizə olunacaq. Həmçinin matçın oynanılacağı "Velodrom" stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da "bufer zona" yaratmaq məqsədi daşıyır.
Bundan başqa, arenanın üzərində dronların uçuşuna və tərəfdarların priotexniki vasitələrdən istifadəsinə qadağa qoyulub.
Təhlükəsizlik ddarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda yerləşdiriləcək. Şəhərin mərkəzində hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı alınacaq, problem yaranarsa, dərhal müdaxilə ediləcək. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.
Həmçinin stadiona gələnlərdən sanitar qaydalara ciddi əməl olunması tələb ediləcək.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mənbə: Report