Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb

Azərbaycanda indiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M.Pənahov həmçinin vurğulayıb ki, indiyə qədər dörd partiyanın 287 nümayəndəsinin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ