“Yayın istisində 3 manata pomidor olar?” - video

Avqust ayı olmasına baxmayaraq, xüsusilə paytaxt Bakıda mövsümi meyvə-tərəvəzin qiyməti həddindən çox yüksəkdir. Hazırda bazarlarda pomidor qiymətləri 1 manat 50 qəpikdən başlayır, 4-5 manata qədər davam edir. Xiyarın qiyməti isə 1 manat 50 qəpiklə 2 manat 50 qəpik arasında dəyişir.

Xezerxeber.az xəbər verir ki, satıcılar havaların yağmurlu keçməsinin məhsuldarlığa, bunun isə öz növbəsində qiymətlərə təsir etdiyini deyirlər.

Alıcılar isə son günlər bazarlarda daha çox kartof, soğan və bəzi tərvəzlərin qiymətinin artdığını bildirirlər:

“Əslində bütün məhsullar çox bahadır. Dəhşət bahalıqdır. Baha olmayan məhsul yoxdur. Pomidor-xiyar, meyvəyə yaxın durmaq olmur”.

Görünən odur ki, bazarlarda qiyməti dəyişməyən tək məsul isə qarpızdır.

Ekspertlər isə hesab edirlər ki, hazırkı qiymət artımı müvəqqəti xarakter daşıyır. Onların fikrincə, hava sabitləşdikcə, qiymətlər də yaxın zamanlarda stabilləşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ