Azərbaycanda bir həftə internet olmayacaq? - CAVAB

Bir neçə gündür sosial şəbəkələrdə fevralın 14-dən 21-nə qədər bəzi prefiksli nömrələrdə internetlə bağlı problemlərin olacağı paylaşılıb.

Belə ki, daha dəqiq desək, paytaxt ərazisində internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb. 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) sorğu ünvanladıq.

Buta.media xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində bir həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb:

“Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ