Ölkə ərazisində avqustun 1-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 1-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.